Gəncədə polis əməkdaşları bir neçə istiqamətdə əməliyyat keçirib.
Bir nəfər soyqunçuluq edən və 3 nəfər oğurluq edən şəxs şübhəli kimi saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qadına qarşı zor tətbiq etməklə mobil telefonunu oğurlayaraq soyğunçuluq etməkdə şübhəli bilinən Vədat Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşları həmçinin şəhər ərazisindəki fərdi yaşayış evlərindən oğurluq edən şəxsləri saxlayıb.
Ümumi dəyəri 10.000 manatdan çox olan tikinti və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslərin Emin Rzayev və Ruslan Məmmədov olmaları müəyyən olunub. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən Atəş Paşayev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: