Xəzər Xəbər

O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? VİDEO

Veb TV | 23:39 • 8 May 2023
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər?

Ölüm haqqında şəhadətnamə almaq çətinləşib.

Xezerxeber.az xəbər verir ki, bunu vətəndaşlar iddia edir.

Vətandaşlar bildirir ki, bu şəhadətnaməni almaq üçün  müəyyən bir vaxt verilir.

Əgər bu müddət ərzində müraciət etmədinsə işin düşür əngələ....

Hətta üstəgəl sənin ərazi üzrə poliklinikaya heç vaxt yolun düşməyibsə, o zaman işin bir başa məhkəmədən keçir.

Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri İradə İsmayılovanın sözlərinə görə, ölüm haqqında tibbi şəhadətnamə Səhiyyə nazirliyinin kollegiya qərarı əsasında verilir.

Əgər həmin şəxs ərazi üzrə poliklinikaya qeydiyyata düşməyibsə və heç bir xəstəlik vərəqi yoxdursa bu zaman ölüm haqqında şəhadətnamənin verilməsi məhkəməyə göndərilir.

Məhkəmələrdə isə 2 həftə ərzində sənədlərə baxılır və şəhadətnamə ailəyə təqdim olunur. Buna səbəb isə gələcəkdə hər hansı bir neqativ hadisələrin baş verməməsidir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovon sözlərinə görə, ölüm haqqında şəhadətnaməni almağın müxtəlif yolları var.

Bu üsullardan biri kimi məhz şəxs vəfat etdikdən sonra onun müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət etmək olar. Bu zaman vəfat edən şəxs çox az bir vaxt ərzində müayinə olunur və həmin gündə ölüm haqqında tibbi şəhafətnamə onun ailə üzvlərinə təqdim olunur.

Amma çox zaman insanlar bu üsuldan qaçır.

“Buna  səbəb kimi isə meyitlərdən orqan çıxarılma ehtimalını göstərirlər.”

Qeyd edək ki, rəhmətə gedən şəxs Təcili Yardım Briqadasının mənzilə çağırışından sonra ölüm hadisəsi baş verirsə, bu zaman şəhadətnamənin verilməsində hər hansı bir problem yaşanmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti

Çox oxunanlar