Bazarda köhnə avtomobillərin, yəni yaşı 10 ildən çox olanların ehtiyat hissələri bahalaşıb.
Xezerxeber.az xəbər verir ki, qiymət artımı 10-15 faiz arasında dəyişir.
Satıcılar deyir ki, bu, özünü daha çox zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinin ehtiyat hissələrində göstərir.
Satıcılar bahalaşmanı həmin avtomobillərin ehtiyat hissələrinin xarici ölkələrdə tükənməsi ilə əlaqələndirir.
Səbəblərdən biri detalların xarici ölkələrdən yüksək qiymətə alınmasıdır.
“Alıcılar isə qiymət dəyişikliyinin son 1 ay ərzində daha çox hiss olunduğunu deyirlər.”
Bu tendensiyanın qarşıdakı aylarda da davam edəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: