Xəzər Xəbər

Brüssel görüşü Azərbaycan və Ermənistan üçün tarixi ola bilər VİDEO

Veb TV | 20:33 • 8 May 2023
Brüssel görüşü Azərbaycan və Ermənistan üçün tarixi ola bilər

Azərbaycan-Ermənistan münasibətlərində Qərb vasitəçilik səylərinin artdığı müşahidə edilir.

Xəbər verdiyimiz kimi, bu çərçivədə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşü gözlənilir.

Qərb mediasının məlumatına görə, görüş bu həftənin sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə baş tuta bilər.

Görüşün bu həftənin sonu keçirilməsi nəzərdə tutulub.

Liderlərin sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Qərb mediası hesab edir ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev "Xəzər Xəbər"ə bildirir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində rəsmi Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır.

"Görüşdə Fransa iştirak etməsə,  biz də yoxuq" ifadəsini səsləndirən Ermənistan tərəfi, deyəsən, fikrini tam dəyişib. Bundan sonrakı görüşlərdə  Azərbaycanın  tələb və istəyi ilə Fransa olmayacaq, amma Ermənistan öz yerindədir.

Qeyd edək ki, bu ilin fevral ayında Münxendə  keçirilən danışıqlardan və 2 ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra 2 lider arasında ilk təkbətək görüş baş tutacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar