Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bəzi şəxslərin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.
“Bu, müstəqil Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.”
Sərəncama əsasən, 11 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan 24 nəfərin cəzası azaldılıb.
Əfvin icrasında iştrak edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Ulu öndər Heydər Əliyevin humanizm, mərhəmət və insanpərvərlik ənənələri prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edək ki, sərəncamla 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad ediliblər.
Eyni zamanda əfv edilən məhkumlardan 14-ü əcnəbidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: