28 il öncə bu gün təqvimə Şuşanın işğal günü kimi düşdü.
Xezerxeber.az xatırladır ki, Şuşa 1992-ci ilin bu günündə Ermənistan tərəfindən işğal edilib.
Millət Vəkili Elşad Mirbəşiroğlu “Xəzər Xəbər”ə deyir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyinə qovuşduqdan sonra çoxlu tarixi sınaqlar qarşısında qaldı. Ölkədə hakimiyyət uğrunda qeyri-sivil mübarizə gedirdi. Məhz həmin dövrdə Azərbaycanda hökm sürən xaosun nəticəsində Şuşanın işğalı sürətləndi.
Lakin Ulu Öndərin hakimiyyətə gəlməsindən bir müddət sonra 1994-cü ildə Bişkek protokolu imzalandı. Bu hadisə Azərbaycana vaxt qazandırdı, çünki cəbhədə atəşkəsə nail olundu.
Həmin dövrdən Vətən müharibəsinə qədər qarabağın sülh yolu işğaldan azad edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər Ermənistan və onun havadarları sayəsində nəticə vermədi.
Belə olan halda Azərbaycan tarixi ədaləti hərb yolu bərpa etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin 43-cü günündə-noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsi ilə xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi.
Bu gün Şuşa yenidən qurulur, erməni vandallarının dağıtdığı dini-tarixi abidələr bərpa olunur, yeni binalar tikilir. Tezlikə sakinlər öz doğma yurdlarına qayıdacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: