Tərtərin Borsunlu kəndində əkin sahələrinin suya olan tələbatını ödəmək üçün qurulan nasos stansiyası 3 ilə yaxındır ki, istifadəyə verilmir.
Nəticədə 400 hektardan artıq ərazi susuzluqdan yanır.
Xezerxeber.az-ın xəbərinə görə, iddia edilir ki, stansiyanın işləməməsinə səbəb elektrik enerjisi ilə təmin olunmamasıdır.
Mövcud vəziyyətə görə fermerlər çətin vəziyyətə düşüblər.
Borsunlu kənd icra nümayəndəsi Xaləddin Qarayevin sözlərinə görə, əkin sahələrinin bir hissəsi Suqovuşan su anbarı hesabına qismən suvarılır. Beton kanal üzərində nasos stansiyası inşa ediləndə fermerlərin probleminin aradan qaldırılacağına ümidləri artmışdı. Amma mövcud vəziyyət bütün gözləntiləri boşa çıxarıb.
Məsələ ilə bağlı Tərtər suvarma sistemləri idarəsindən bildirldi ki, nasos stansiyasının tikilməsi mərhələli şəkildə aparılır. İlk mərhələdə inşaat işləri başa çatdırılıb. Yerdə qalan işlər də plana uyğun olaraq aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: