Xəzər Xəbər

Füzulidə yaşayış kompleksləri tikilir VİDEO

Veb TV | 21:03 • 7 May 2023
Füzulidə yaşayış kompleksləri tikilir

Füzulidə yeni yaşayış kompleksləri tikilir və 2023-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Xezerxeber.az-ın xəbərinə görə, Füzuli yaşayış kompleksinin inşası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb.

Agentliyin mətbuat katibi Diana Dadaşova bildirib ki, tikinti bir neçə mərhələdə aparılır.

Kompleksdə yerləşən bütün mənzillər tam təmirli olacaq.

Rayonda “Azərişıq” ASC-nin Füzuli rəqəmsal yarımstansiyası və idarəetmə mərkəzi də qurulub. Ənənəvi yarımstansiyalardan fərqli olaraq burada bütün avadanlıqlar və şəbəkə elementləri vahid komleks şəkilində nəzarət altında saxlanır.

Qeyd edək ki, bugünlərdə ölkə başçısının Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməli  qoyulub. Bu kəndlərin ərazisi 314 və 178 hektar təşkil edəcək. Dədəli kəndində 1050, Pirəhmədli kəndində isə 565 fərdi yaşayış evləri tikiləcək.

Füzulidə özbək xalqı adından hədiyyə olunan 960 şagirdlik məktəb də inşa olunur və tikintinin bitməsi bu ilin sonuna gözlənilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar