Xəzər Xəbər

Azərbaycan regionda davamlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır VİDEO

Veb TV | 22:50 • 7 May 2023
Azərbaycan regionda davamlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır

Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda verdiyi mesajlar isə buna bariz nümunədir.

Politoloq Mehman İsmayılov deyir ki, Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda bu cür açıq danışmasında əsas məqsəd müəyyən qüvvələrə və qruplara konkret mesajlar vermək idi. Bu, onunla bağlıdır ki, Azərbaycan öz mövqeyində qətidir.

Politoloq əlavə edib ki, Şuşa konfransında xarici ölkələrin beyin mərkəzlərinin, ekspertlərin iştirakı və onların bir daha bölgə həqiqətlərini eşitmələri xüsusi əhəmiyyətə malik idi.

Dövlət  başçısının  işğaldan azad edilmiş ərazilərə səfərlərinin hər biri bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsi, Böyük Qayıdışın tam şəkildə başa çatmasına yönələn addımlardır.

“İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat, təhlükəsiz yaşayışlarının təmin edilməsinə hesablanıb”, - deyə politoloq vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar