Xəzər Xəbər

Pandemiya tarixə qovuşdu? VİDEO

Veb TV | 19:34 • 7 May 2023
Pandemiya tarixə qovuşdu?

Koronavirus pandemiya bu il başa çatacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 üçün pandemiya statusunu ləğv edib.

Məlumata görə, pandemiyanın əvvəlindən bəri 20 milyon insan xəstəlikdən dünyasını dəyişib.

Xezerxeber.az-ın xəbərinə görə, mövzu ilə bağlı danışan Azərbaycan Həkimləri ictimai birliyinin sədr müavini Aydın Əliyev hesab edir ki, virus hələ də təhlükə mənbəyi olaraq qalmaqdadır.

Onun fikrincə, pandemiyanın bitməsi elan olunsa da, bu onun geri qayıtmayacağı anlamına gəlmir: “Bu baxımdan hər zaman ehtiyatlı olmaqda fayda var”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar