Xəzər Xəbər

Masallıda ər arvadını öldürüb VİDEO

Veb TV | 20:43 • 7 May 2023
Masallıda ər arvadını öldürüb

Səhər saat 8 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində  qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın xəbərinə görə, kənd sakini 48 yaşlı Sədaqət Səfərovanın yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Polis Şöbəsi və Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 59 yaşlı Gülağa Bəndəliyevin aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla həyat yoldaşı 48 yaşlı Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisəni törədən və daha sonra özünə xəsarətlər yetirən Gülağa Bəndəliyev Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir. Qohumları isə hadisənin əsas səbəbinin içki olduğunu iddia edirlər.

Qeyd edək ki, hər iki cütlüyün ikinci evliliyi olub. Onlar 4 ilə yaxın idi ki, evli olublar. Qadın kənddə marketlərin birində çalışırdı. Qətl  də həmən marketin qarşısında baş verib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar