Xəzər Xəbər

İran ürəyində olanları “ekspertlər”nin dili ilə Bakıya çatdırdı... VİDEO

Veb TV | 22:45 • 6 May 2023
İran ürəyində olanları “ekspertlər”nin dili ilə Bakıya çatdırdı...

"Bakı'' diplomatlarının İrandan çıxarılması hörmətlə və ya normal şəkildə həyata keçirilməməlidir, onlar alçaldılmalıdır''.

Kin dolu bu sözlər ermənipərəst İran eksperti Ehsan Movəəhediyan adlı şəxsin paylaşımında yer alıb.

Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan İranlı deputat Əhməd Naderi isə həddini əmməlli başlı aşaraq  öz tviter səhifəsində yazıb ki, növbəti addım Azərbaycanın Təbrizdəki konsulluğunun bağlanması olmalıdır.

Politoloq Əziz Əlibəyli “Xəzər Xəbər”ə deyir ki, İrandan Azərbaycana yönələn hədələrdə Azərbaycanın ''Bakı''respublikası adlandırılması tarixi Azərbaycana ərazi iddialarından irəli gəlir.

Azərbaycan Tehrandakı səfirlik terrorundan sonra İranlı diplomatları ölkədən çıxardı. Çünki onlar informasiya terroru ilə məşğul idilər, agentura şəbəkəsi qurmuşdular. Bunun üstündən xeyli vaxt keçdikdən sonra isə İran heç bir əsas olmadan 4 Azərbaycan diplomatını arzuolunmaz şəxs elan edib. Bundan sonra isə hədəf kimi Azərbaycanın Təbrizəki baş  konsulluğu göstərilib".

“Çünki Təbriz tarixi Azərbaycanın paytaxtıdır və simvolik olaraq Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.”

Politoloq deyir ki, bütövlükdə Ermənistanla həmrəylik təşkil edən bu açıqlamaların verilməsi Paşinyanın Azərbaycan kəndlərini qaytarmaqla bağli ifadəsi və sülh müqaviləsi ilə bağlı verdiyi mesajlardan dərhal sonra kəskinləşib. Burdan da çıxan nəticə budur ki, İran regionda sülh və sabitlik istəmir.

“Ancaq məsələnin reallıq payı budur ki, İran bu kin dolu gedişlərlə əhalinin yarıdan çoxunu təşkil edən Güney azərbaycanlıların ürəyindən nə Azərbaycan, nə də Bakı sevgisini silə bilər.”

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti