Xəzər Xəbər

90 km sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz... VİDEO

Veb TV | 22:10 • 6 May 2023
90 km sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz...

Saatda sürətinin 90 kilometr olduğunu deyən sürücüyə elektron qaydada cərimə tətbiq edilib.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxda yaşayan Siyəzən rayon Sakini Elnur Aslanovun başına gəlib.

Sürücü iddia edir ki, ''99-HL-216'' dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan şossesində hərəkətdə olarkən, yoldakı sürətə uyğun olaraq 90-la gedirmiş.

Amma ona bir neçə dəqiqədən sonra gedəcəyi ünvana çatdıqda radara düşməsi barədə “sms” gəlib.

"Sürücü iddia edir ki, o video görüntülərdə də sürətin 154 yox, hətta 90-dan aşağı olduğu görünür."

Elnur Aslanov hesab edir ki, radar onu texniki olaraq səhv salaraq elektron qaydada cərimə edib. O, bununla bağlı polisə də məlumat verəcəyini deyir.

“Xəzər Xəbər” məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.”

Qurumdan bildirildi ki, qeyd olunan məsələ araşdırılacaq.

Əgər vətəndaşın qeyd etdiyi xüsusat təsdiqini taparsa bu barədə qanunamüvafiq tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti