Xəzər Xəbər

İşğaldan azad edilən ərazilər sürətlə dirçəlməkdədir... VİDEO

Veb TV | 23:00 • 6 May 2023
İşğaldan azad edilən ərazilər sürətlə dirçəlməkdədir...

Xəbər verdiyimiz kimi, işğaldan azad edilən ərazilərin baş planlarının təsdiq edilməsindən sonra sürətli tikinti işlərinə start verilib.

İlkin mərhələdə minaların təmizlənərək yolların çəkildiyi ərazilərdə indi sosial infrastrukturun inşası işləri aparılır.

Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana son səfəri ilk dəfə geniş həcmdə təməlqoyma mərasimləri ilə yadda qaldı. Geniş həcmdə aparılan yenidənqurma işləri 30 ildir ki, doğma yurdlarına həsrət qalan insanların evlərinə daha qısa zamanda dönə biləcəklərini göstərir.

Xatırladaq ki, "Azərenerji" bu günə kimi işğaldan azad edilmiş ərazilərdə 37 enerji obyekti - 12 yarımstansiya,25 su elektrik stansiyası tikib və inşaat işləri davam etməkdədir.

Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri fəaliyyət göstərəcək. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə burda fəaliyyət göstərəcək sahibkarlar bir sıra vergi və gömrük rüsumlarından azaddırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti