Xəzər Xəbər

Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq VİDEO

Veb TV | 21:00 • 6 May 2023
Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq

"Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq".

Xəbər verdiyimiz kimi, bunu baş nazir Əli Əsədov deyib. O, bildirib ki, ölkəmizdə həyata keçirilən layihələr logistika imkanlarını genişləndirib.

Xarici İşlər Naziri Ceyhun Bayramov isə deyib ki, Ermənistanın işğalına məruz qalmış ərazilərimizin azad edilməsi, burada etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması həm siyasi, həm strateji, eyni zamanda çox böyük mənəvi əhəmiyyət daşıyır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirib ki yaxın gələcəkdə qarşımızda duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır. Nazir Qarabağda biznes qurmaqda maraqlı olan Sahibkarlara və investorlara verilən dövlət dəstəyinə də diqqət çəkib.

Nazir əlavə edib ki, bugün Azərbaycan sosial-iqtisadi göstəriciləri yüksək, dünyada nüfuzlu və etibarlı tərəfdaş, Cənubi Qafqazda lider olan ölkəyə çevrilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar