Xəzər Xəbər

Fransa Bakıdan “əl çəkmir” VİDEO

Veb TV | 20:40 • 6 May 2023
Fransa Bakıdan “əl çəkmir”

''Fransa sülh və sabitliyə xidmət etməyən təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır"

Xəbər verdiymiz kimi, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin  Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın "France Inter" ictimai radiokanalına müsahibəsi zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavabında yer alıb.

“Belə ki, Fransalı nazir Katrin Kalona bəyanatında Qarabağı Azərbaycanın daxilində anklav adlandırıb.”

Azərbaycan Xarici işlər nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren ərazisi olduğunu Fransaya bir daha xatırladıb.

Nazirliyin idarə rəisi Fransanı ədalətli mövqe nümayiş etdirməyə, sülhə xələl gətirən təxribat xarakterli çıxışlara son qoymağa çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar