Xəzər Xəbər

Adı kimi özü də bəlalı olan “Ukrayna dairəsi”... VİDEO

Veb TV | 20:35 • 6 May 2023
Adı kimi özü də bəlalı olan “Ukrayna dairəsi”...

Ukrayna dairəsi yol qəzalarının daha çox baş verdiyi ərazilərdəndir. 

Xezerxeber.az xəbər verir ki, maşınla bu dairənin başına 1 dəfə də olsun dolanan sürücülər orada nələrin yaşandığını yaxşı bilir. 

Ekspertlər bildirir ki, bu dairədə hərəkətin düzgün təşkil olunmaması, ərazidə qəza riskini artır.

Dairədə zolaqların sayının 5-6, hətta 7 olduğu yer var. Dairənin giriş çıxışı da çoxdur. Bu səbəbdən də sürücülər sağdan sola çarpaz yerdəyişmə edirlər ki, bu da bəzən qəza şəraiti yaradır.

Nəqliyyat eksperti Elməddin Muradlı “Xəzər Xəbər”ə bildirib ki, problemin aradan qaldırılması üçün dairənin ləğvi, eləcə də digər təkliflər gündəmdədir.

Onun fikrincə, Ukrayna dairəsindəki vəziyyəti normallaşdırmaq üçün, Azneft dairəsindəki hərəkətin təşkili mexanizmini də tətbiq etmək olar.

Ekspert qeyd edib ki, yol nəqliyyat hadisələrinin baş verməsində 3 əsas faktor var:

Birinci sürücünün qeyri-peşəkarlığı, ikinci yol şəraiti, üçüncü isə nəqliyyat vasitələrinin keyfiyyətidir. Sözügedən dairə ətrafında isə yol şəraiti ilə digər iki faktorun birləşməsi qəzanı qaçılmaz edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar