Xəzər Xəbər

Polis Tibb məntəqəsində münaqişə ilə bağlı bir nəfəri saxlayıb VİDEO

Veb TV | 19:51 • 6 May 2023
Polis Tibb məntəqəsində münaqişə ilə bağlı bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış münaqişə barədə yayılan görüntülər barədə məlumat açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır.

N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. R. Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar davam etdirilir.


Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar