Xəzər Xəbər

PSJ Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyinə görə Messini üzr istməyə məcbur edib İLK DƏFƏ/VİDEO

Veb TV | 13:57 • 6 May 2023
PSJ Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyinə görə Messini üzr istməyə məcbur edib

Argentina millisinin futbolçusu Lionel Messi PSJ rəhbərliyindən icazə almadan Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Xezerxeber.az xəbər verir ki, Messi bununla bağlı sosial şəbəkə hesabından paylaşım edərək komanda yoldaşlarından üzr istəyib.

O, Səudiyyə Ərəbistanına getməsini öncədən planlaşdırdığı üçün bunu ləğv etməsinin mümkün olmadığını deyib:

“Mən həmişə olduğu kimi oyundan sonra bir gün istirahət edəcəyimizi düşündüm. Bu səfəri mən təşkil etmişdim və onu ləğv edə bilməzdim.

"Əvvəllər bunu ləğv etmişdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə nə etmək istədiyini gözləyirəm."-deyə Messi bildirib.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti