Xəzər Xəbər

Su satışı ilə məşğul olan şirkətin fəaliyyəti dayandırılıb VİDEO

Veb TV | 21:19 • 5 May 2023
Su satışı ilə məşğul olan şirkətin fəaliyyəti dayandırılıb

İçməli su satışı ilə məşğul olan şirkətlərdən birinin fəaliyyəti dayandırılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin

apardığı monitorinq zamanı məlum olub ki, suların doldurulduğu çənlər təmizlənməyib, dezinfeksiya  edilmədiyi müəyyən olunub.

Qabalşdırma zamanı dezinfeskiya tədbirləri görülməyib. Buna görə də içməli su şirkətlərindən birinin emalı qadağan olunub, qablaşdırılmış suların satışı dayandırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin  müdiri Elşad Cəbrayılov bildirib ki, əhaliyə satılan su sadəcə filtr edilməklə qablaşdırılıb. Bundan başqa, bir sıra nöqsanlar da aşkarlanıb.

Belə məhsullarının üzərində təbii mənbələrdən, bulaqlardan, dağlardan gələn təsvirlər yer alır. Bu isə insanların aldanmasına səbəb olur.

“İstehlakçılardan sifariş verdikləri qablaşdırılmış içməli sularda hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat vermələrini xahiş edirik”, - deyə şöbə müdiri vurulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti