Xəzər Xəbər

Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsinə başlanıb VİDEO

Veb TV | 20:45 • 5 May 2023
Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsinə başlanıb

Azərbaycanda işləyən və yaşayan Türkiyə vətəndaşlarının qardaş ölkənin prezident və parlament seçkiləri üzrə səsverməsinə start verilib.

Xezerxeber.az-ın xəbərinə görə, bu gün səhər saat 9-dan etibarən Türkiyənin ölkəmizdəki səfirliyində səsvermə məntəqəsi yaradılıb.

Səhər saatlarında ilk olaraq səfir Cahit Bağçı səsvermədə iştirak edib.

Vətəndaşlar 5-6-7 may olmaqla, 3 gün müddətində səsvermə prosesində iştirak edə biləcəklər.

Türkiyə vətəndaşları səsvermədə iştirak etmək üçün Bakıda qardaş ölkənin Azərbaycadakı səfirliyinə, Gəncə və Naxçıvanda isə Baş konsulluqlara müraciət edə bilərlər.

Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla, ümumilikdə ölkə üzrə 15 seçki qutusu qurulub.

Qeyd edək ki, Azərbaycanda səsvermə prosesi mayın 7-i axşam saat 9-da yekunlaşdırılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar