Xəzər Xəbər

Bakıdan Ağdama dəmir yolu reysi açılacaq VİDEO

Veb TV | 21:32 • 5 May 2023
Bakıdan Ağdama dəmir yolu reysi açılacaq

Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikintiyə Nəzarət İdarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama dəmir yolu nəzərdə tutulub. Yol bir xətli olacaq və hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti olacaq.

Bölgənin enerji layihəsi də uğurla davam edir.

 Eyni zamanda, Ağdamın yaşayış məhəllələri inşa olunur. Bu məhəllələrdə hər cür şərait yaradılacaq.

Ağdam şəhərində inzibati binanın da təməli qoyulub. Onun ümumi ərazisinin 2,12 hektar təşkil edir. İnzibati binanın qarşısında park və meydança inşa olunacaq. Tikiləcək  Muğam Mərkəzi isə  bir zirzəmi və iki mərtəbədən ibarət olacaq. Burada sinif otaqları, rəqs təlimi otaqları, iclaslar üçün otaqlar, böyük konsertlər üçün zallar olacaq. Açıq havada amfiteatrın inşa olunması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar