Xəzər Xəbər

Bağçalara qəbulla bağlı keçirilmiş müsabiqənin qalibləri hələ də işlə təmin olunmayıblar VİDEO

Onlar Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar
Veb TV | 20:20 • 5 May 2023
Bağçalara qəbulla bağlı keçirilmiş müsabiqənin qalibləri hələ də işlə təmin olunmayıblar

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin qalibləri Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar. Onlar dekabr ayından bəri hələ də işlə təmin olunmadıqlarından narazıdırlar.

Xezerxeber.az-ın xəbərinə görə, bağçalara işə qəbul üzrə müsabiqənin qalibləri işə düzəlmək üçün hələ nə qədər gözləyəcəklərini bilmirlər.

Şikayətçilər bildirirlər ki, yeni tədris ilində yığdıqları balların sıfırlanmasından qorxurlar.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli işə  götürülməyən 264  nəfərin aqibətinə aydınlıq gətirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar