Xəzər Xəbər

Mayın 5-6-da meteor yağışı yağacaq VİDEO

Veb TV | 15:37 • 5 May 2023
Mayın 5-6-da meteor yağışı yağacaq

Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq.

"Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək."

Xəbər lenti

Çox oxunanlar