Xəzər Xəbər

Son vaxtlar bir çoxlarının şikayətləndiyi yaddaş və diqqət zəifliyinin səbəbləri nələrdir? VİDEO

Veb TV | 14:42 • 5 May 2023
Son vaxtlar bir çoxlarının şikayətləndiyi yaddaş və diqqət zəifliyinin səbəbləri nələrdir?

Son illərdə yaddaş və diqqət zəifliyi ilə bağlı problemlər artıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı həkimə müraciət edənlər də kifayət qədərdir.

Həkim-nevroloq Yeganə Rəşidova “Xəbər Ertəsi”nə deyir ki, yaddaşın zəfiləməsi və diqqətsizlik gənclər arasında da çoxalıb.

"Kompyuter və mobil cihazlardan çox istifadə, yuxu, qida rejiminin pozulması yaddaş və diqqətdə pozulmalara şərait yaradır."

Nevroloq bildirir ki, belə halların davamlı və kəskin baş verməsi bəzi xəstəliklərin də xəbərçisidir.

Yeganə Rəşidova vurğulayır ki, sözügedən problemləri azaltmaq və ya aradan qaldırmaq üçün qəbul edilən qidalara, eləcə də həyat tərzinin yaxşılaşdırılmasına diqqət etmək lazımdır.

O, gündəlik olaraq qoz və badamın da yeyilməsini məsləhət görür. Diqqəti və yaddaşı artırmaq üçün yeni dil öyrənmək və krassvord həll etmək də faydalıdır.

Psixoloq Əfsanə Rüstəmova isə deyir ki, insan beyni ən vacib şeyləri yaddaşına həkk edir, digərlərini unuda bilir.

"Qeyd edir ki, yaddaş və diqqət zəiflinin səbəblərindən biri də sosial yükün artmasıdır."

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti