Xəzər Xəbər

Dövlət qulluğuna qəbul olmaq niyə çətindir? VİDEO

Veb TV | 14:15 • 5 May 2023
Dövlət qulluğuna qəbul olmaq niyə çətindir?

Dövlət qulluqçusu olmaq istəyənlər mütəmadi olaraq bu problemlə üzləşirlər.

Xezerxeber.az xəbər veri ki, dövlət orqanlarında işləmək istəyənlərin sayı çox, təqdim edilən vəzifələrin sayı isə azdır. Nəticədə xeyli namizəd dövlət qulluqçusu olmaq arzusuna çata bilmir.

“Halbuki dövlət orqanlarında belə vəzifələrdə müddətli müqavilə ilə işləyən kifayət qədər kadr var.”

Təhsil eksperti Kamran Əsədov “Xəbər Ertəsi”nə bildirir ki, ölkədə təhsil almış şəxslərin 42 faizinin öz ixtisası üzrə işləyir. Son 3 ildə isə dövlət qulluğuna müraciətlərin sayında azalma müşahidə edilir.

Ekspertin fikrincə, prosesin daha da şəffaflaşdırılması üçün bütün məsələlər Dövlət İmtahan Mərkəzinə həvalə edilməli, eyni zamanda, beynəlxalq təcrübədən istifadə olunmalıdır.

Dövlət imtahan mərkəzinin hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova deyir ki, bu il mərkəz tərəfindən 2 müsabiqə üzrə müsahibə, 5 daxili, 2 ümumi müsahibə elanı verilib.

Qurum rəsmisi həmçinin bildirib ki, Dövlət orqanlarında vakant vəzifələrin tutulması dövlət qulluğu haqqında qanunla tənzimlənir. Bundan başqa müddətli əmək müqaviləsi ilə vakant vəzifələrin tutulmasında da hansısa məhddudiyyət yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti