Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsində saat 9:00-dan səsvermə keçirilir.
Xezerxeber.az həmin videogörüntüləri təqdim edir:
10:18
Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.
Xezerxeber.az xəbər verir ki, səsvermə üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir.
Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər.
"Türkiyədə seçkilər mayın 14-də keçiriləcək."
Ehtiyac yarandığı halda, seçkilərin ikinci turunun mayın 28-də keçirilməsi planlaşdırılır.
Prezident seçkiləri parlament seçkiləri ilə eyni gündə keçiriləcək.