Başqa kəndlərdə sahələr susuzluqdan yanır. Bu kənddə isə su var, amma kanallar təmizlənmədiyindən su təchizatında problemlər yaşanır.
Xezerxeber.az xəbər verir ki, söhbət Neftçala rayonu Mirzə Qurbanlı kəndindən gedir. Təsərrüfat sahibləri deyir ki, kanallar lildən və alaqdan təmizlənmədiyindən ümumi axın ləngiyir, su normal sürətlə axmır. Nəticədə qrunt suyu kimi sahələrə dolur.
Fermerlər deyirlər ki, hər il eyni vəziyyət hökm sürür. Dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticə yoxdur.
Məsələ ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsindən bildirilib ki, fermerlərin müraciətləri nəzərə alınacaq və su kanalları təmizlənəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: