Tovuzda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
Xezerxeber.az xəbər verir ki, 71 yaşlı İntizar Bağırovanın ölümü barədə Rayon Prokurorluğuna məlumat verilib.
İlkin araşdırma zamanı qadının evində kirayə saxladığı cütlük arasında yaranan mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta materialdan olan əşya ilə vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşular bildirir ki, İntiaz Bağırova evində kirayə qalan cütlükdən dəfələrlə narazılıq edirmiş.
İddialara görə, kirayənişin Aynaz Alıyevanın yetkinlik yaşına çatmamış qız övladları da onlarla birlikdə yaşayırmış.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət işi başlanıb. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: