Xəbər verdiymiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri dördüncü gündür ki, ABŞ-da danışıqları davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
Politoloq Zaur Məmmədov “Xəzər Xəbər”ə sülh danışıqlarını şərh edərkən deyib ki, Azərbaycan liderinin Şuşada keçirilən beynəlxalq konfransda səsləndirdiyi fikirlər Ermənistan, o cümlədən sülh yaratmaq istəyən digər ölkə və təşkilatlar tərəfindən düzgün təhlil edilməlidir.
“Dövət başçısının, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır fikri isə diqqətə alınmalı bir mesajdır.”
Politoloq bildirib ki, Vaşinqtonda təşkil edilən danışıqlar potensiallardan optimal istifadə üçün böyük imkan yaradır.Lakin Ermənistan əldə etdiyi şansı qaçırmaq istəyir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: