Binəqədi rayonu, Biləcəri qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yaşayan sakinlər suya həsrət qalıblar.
Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, mart ayından onların evlərinə su gəlmir.
Çətin vəziyyətlə üz-üzə qalan sakinlər suyu maşınla almaq məcburiyyətində qalıblar.
“Bu da onları əlavə xərcə salır.”
Susuz qalan sakinlər problemin həll olunması üçün onların yaşadığı əraziyə yeni xəttin çəkilməsini sitəyirlər.
“Xəzər Xəbər” problemlə bağlı ''Azərsu'' ASC ilə əlaqə saxlayıb.”
Qurumdan bildirilib ki, mövcud vəziyyət magistral su xəttində təzyiqin az olması ilə bağlıdır. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: