Xəbər verdiyimiz kimi, Bu səhər Lerikdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Lənkəran - Lerik yolunun 39 kilometrliyində qeydə alınıb. Lənkəran rayonunun Kərgəlan kənd sakini 25 yaşlı Zəka Həmidov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməti itirib. Nəqliyyat vasitəsi iri gövdəli ağaca çırpılıb və kiçik su kanalına aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 19 yaşlı Lənkəran rayon Kərgəlan kənd sakini Rəvan İbadzadə hadisə yerində ölüb. Sürücü və digər sərnişin Lənkəran rayonunun Kərgəlan kənd sakini 24 yaşlı Amin İbadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Mingəçevirdə də ölümlə nəticələnən qəza baş verib.
Daxili işlər nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi avtomobil əvvəlcə digər avtomobillə toqquşub, daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: