"Məkətəbəqədər sahə üzrə ali və ya orta təhsili olmayan tərbiyəçi-müəllimlər kütləvi ixtisar edilməyəcək."
Xəbər verdiyimiz kimi, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müəllimlərin diplomları ilk dəfə məlumat bazasında toplanır. Dəqiq rəqəmlərin olmaması da bu səbəbdəndir.
Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini xatırladıb.
O, həmçinin vurğuladı ki, bağça müəllimlərinin əmək haqqı kəsilməyəcək..Lakin sənəd təqdim etməyən müəllimlərin maaşı aşağı dərəcə ilə veriləcək.
Nazir həmçinin özəl təhsil müəssisələrindəki qiymətlərin baha olması məsələsinə də aydınlıq gətirdi. bildirib ki, nazirlik təhsil müəssisələrinin əsasən pedoqoji fəaliyyətini tənzimləyir. Özəl məktəblərin qoyduğu qiymətlərə qarışmır.
Diplomların elektronlaşdırılması məsələsinə gəldikdə isə nazir qeyd etdi ki, hazırda elektron diplomlara keçid üzrə işlər davam etməkdədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: