Tikinti məsələsi son zamanların aktual problemi kimi qalmaqda davam edir.
Xezerxeber.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu məsələ ətrafında danışılıb.
Deputat Rüfət Quliyev bildirib ki, əsasən Bakının rayonlarında və regionlarda da müşahidə edilən bir hal var:
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verir, elə ki 3 daş qoyulur, bir də görürsən ki, tökülüşdülər.”
Millət vəkili bildirir ki, Şəhərsalma və Arxitektura Komitəsi özü buna şəxsən nəzarət etməlidir ki, vətəndaşı incitməsinlər.
Deputat yeni tikilən binalarda mənzillərin satışı zamanı, vətəndaşların aldadılması məsələsini də gündəmə gətirib.
Onun sözlərinə görə bu qanunları öz maraqları üçün isifadə edən şikətlər də var. Vətəndaş tikintisi planlamış binadan mənzil alır, lakin, bir müddət sonra həmin binanın müxtəlif səbəblərdən tikilməməsi səbəbi ilə vətəndaşın pulu batır.
İclas zamanı millət vəkili Məşhur Məmmədov isə Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununda edilən dəyişiklikdən danışıb.
O, bildirib ki, illərlə davam edən yoxlamalar var. Bu yoxlamaların aparılması müəssisələrin fəaliyyətində problemlər yaradır. Onların hesabları bağlanır, hətta partnyorları ilə problemlər yaradır.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: