Xəzər Xəbər

Bakıda şagird "2" aldığı üçün özünü binadan atıb? - İDDİA və CAVAB VİDEO

"Xəzər Xəbər" mövzunu araşdırıb
Veb TV | 23:02 • 1 Aprel 2023
Bakıda şagird "2" aldığı üçün özünü binadan atıb? - İDDİA və CAVAB

Bakıdakı orta məktəblərin birində şagirdin özünü 3-cü mərtəbədən atdığı iddia olunur. Sosial şəbəkədə yayılan videogörüntüdə 22 nömrəli məktəbin idman müəllimi Müşviq Əliyev iddia edir ki, martın 30-u 9-cu sinif şagirdi Məhəmməd Bəhlulov nəzarətsiz şəraitdə yıxılıb.

Xezerxeber.az-ın məlumatına görə, Müşfiq Əliyev iddia edir ki, şagird Məhəmməd Bəhlulov 2 qiymət aldığı üçün özünü pilləkəndan atıb.

Yolumuzu Bakı şəhəri, Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdən saldıq. Əvvəlcə 9-cu sinif şagirdi Məhəmməd Bəhlulovun atası ilə görüşdük.

Növruz Bəhlulov övladının tərbiyəsi və dərsə davamiyyəti ilə bağlı bu günə kimi heç bir şikayətin olmadığını dedi. Bildirdi ki, övladı birinci rübdə ümumiyyətlə iki qiymət almayıb. O, iddianın əsassız olduğunu dedi.

Baş verən hadisəyə 22 nömrəli məktəbin direktor müavini  Novruz İsmayılov da aydınlıq gətirdi. Novruz İsmayılov bildirdi ki, Məhəmməd Bəhlulov idman dərsində futbol oynayan zaman zədə alıb və dərhal təcili tibii yardım çağırılıb. O, Sabunçu Rayon Xəstəxanasına aparılıb.

Müşfiq Əliyevin 10-11 sinif şagirdlərinə kütləvi olaraq direktorun sifarişi ilə aşağı qiymət yazıldığı iddiasına isə məktəbin digər müəllimi Araz Şamilov jurnalı göstərərk aydınlıq gətirdi.

Öyrəndik ki, 9-cu sinif şagirdi Məhəmməd Bəhlulov müalicəsini evdə davam etdirir, onunla görüşdük. O, futbol oynayan zaman yıxıldığını bildirdi.

Sol ayağı dizdən aşağı gipsdə olduğu üçün Məhəmmədin müalicəsi evdə davam etdirilir. Buraxılış imtahanına hazırlaşır. Ara-sıra valideynlərinin köməkliyi ilə əsada hərəkət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti