Terror və təxribatları dövlət siyasətinə çevirən İranın Ermənistan qardaşlığı regionda əsas təhlükə mənbəyidir.
İki dost və müttəfiq ölkə bu göstəricisilərlə özlərini dünyaya fərqli maskalarla tanıdır, bir-birlərinin ayıbını, günahını ört-basdır etməyə çalışır. İki ölkə qardaşlığı isə bütün beynəlxalq güclər üçün regionda böyük təhlükə mənbəyi hesab olunur...
Azərbaycan-İsrail münasibətləri isə hər zaman İrandakı rəsmi dairləri narahat edib. Lakin İran bilməlidir ki, bu müttəfiqlik hec bir formada 3-ü ölkələrə qarşı yönəlməyib. Maraqlıdır ki, İran Azərbaycanı İsraillə əlaqələri genişləndirməkdə ittiham etdiyi halda özünün qardaş saydığı ölkə Ermənistan islami dəyərləri ən çox təhqir edən bir ölkədir...
Mövzu ilə bağlı danışan politoloq Tural İsmayılov qeyd edib ki, millət vəkili Fazil Mustafanın İranın molla rejimini və bu rejimin havadarlıq etdiyi radikal qrupları sərt tənqid etməsi cənub qonşumuzu ciddi narahat edib.
Ekspertin fikrincə, hədəf kimi Fazil Mustafanın seçilməsinə əsas səbəb də elə bu olub.
İran bu gün də erməni təəssübkeşliyini nümayiş etdirir, terror dövlətinə hamilik edir. Lakın rəsmi Tehran əmin olmalıdır ki, Azərbaycanla təzyiq və təhdid dilində danışmaq heç bir dövlətə fayda verməyib və İran da bu məsələdə istisna təşkil etməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: