Külək Xətai rayonu, Sabit Orucov küçəsi 2A ünvanında yerləşən binanın penoplast üzlüyünü qoparıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, hər dəfə külək olanda binanın yarımçıq sökülmüş penoplast əsaslı üzlüyündən hissələr qoparaq yerə düşür. Onların sözlərinə görə, təhlükəli vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, amma nəticə olmayıb.
Qeyd edək ki, biz əraziyə çatanda artıq Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılırdı.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, cavab verən olmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: