Günəşin fəallığı son bir həftə ərzində yenidən artıb. Bu ayda da geomaqnit qasırğası olacaq.
Son qasırğa martın 30-u olub. Hazırda isə sahədə sadəcə aktivlik müşahidə olunur. Vəziyyət aprelin 3-ə kimi belə olacaq. Ayın ikinci yarısı isə daha diqqətli olmalıyıq.
Xezerxeber.az-ın məlumatına görə, bugünlərdə baş ağrıları, başgicəllənmə və halsızlıq daha çox müşahidə olunacaq. Əzələlərdə, sümüklərdə ağrılar gözləniləndir. Ona görə də, xüsusilə xroniki xəstəliyi olan insanlar səhhətinə daha həssas yanaşmalıdır. Çünki ani laqeydlik böyük fəsadlar ilə nəticələnə bilər.
Maqnit qasırğasının gətirdiyi problemlər nevroloji və psixoloji cəhətdən həssas insanlarda, hətta 1 gün öncədən özünü biruzə verir. Narahatlıq artır, depressiyalar yaşanır.
Həkim-psixoloq Esmira Qafarova deyir ki, maqnit qasırğası uşaqları da sıxa bilər. Xüsusilə iştahsızlıq, yuxu pozğunluğu, dəridə qızartılar gözlənilən əlamətlərdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: