İran deyəndə dünyada “İslam dininə bu qədər zərbə vuran ikinci bir ölkə varmı?” sualı yaranır. Artıq hamıya məlumdur ki, İran terrorçuların yetişdirilməsi üçün əlindən gələni etməkdədir.
Xezerxeber.az məlumat verir ki, bu ölkəni idarə edənlər Azərbaycanın uğurlarını həzm etmədiyindən bacı bildiyi Ermənistana hər vəchlə dəstək verirlər.
Politoloq Sədrəddin İsmayılov “Xəzər Xəbər”ə deyir ki, İran hakimiyyətinin ayaqda qalması üçün yalan və böhtan əsas vasitədir. Hakimiyyətə rəhbərlik edən mollalar 40 ildən çoxdur ki, bu vasitə ilə ölkə ictimaiyyətini aldadır. Tehran rejimi xalqını zombi, manqurt kimi nəzarət altında saxlamağa çalışır. Vətəndaşlarına yalan danışmaqdan çəkinməyən rejimin son zamanlar ölkəmizin ünvanına böhtanlar atması adət halını alıb
Politoloq hesab edir ki, İranın Azərbaycana qarşı düşmənçilik siyasəti 30 ildir ki, davam edir. İsraildə səfirliyimizin açılması molla respublikasının eybəcər simasını bir daha üzə çıxardı.
Dünya dövlətləri qarşısında gülünc vəziyyətdə qalan İran Azərbaycanla bağlı çirkin məqsədlərinə heç vaxt çata bilməyəcək.Çünki dünya ictimaiyyəti maskası yırtıq olan İranın əsl simasını çox yaxşı tanıyır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: