Xaçmazın mərkəzində yaşayan sakinlər 10 ilə yaxındır qaz sarıdan əziyyət çəkir.
Xezerxeber.az məlumat verir ki, sakinlər deyir ki, müraciət etmədikləri qrum qalmayıb, ancaq bir əncam çəkən yoxdur. Qaz xətti 61-ci kvartal və Lətivə Kələntərli küçəsinin düz yanından keçsə də onlar xəttə qoşula bilmir. Məhəllədə yaşayanlar bildirirlər ki, hər il müraciət etsələr də ancaq tədbir görülmür.
Sakinlər bildirir ki, şəhərin düz mərkəzində yaşasalar da ancaq odun və çör-çöp yandırlar. Odunda almaq baha başa gəldiyindən çətinliklərlə üzləşir.
"Xəzər Xəbər" məsələ ilə bağlı Azəriqaza müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirdi ki, Azəriqaz İstehsalat Birliyi regionların qazlaşması prosesini davam etdirir. Xaçmazdakı həmin məhəllənin də qazlaşması diqqətdədir və mərhələli şəkildə həll olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: