Pəncərələri qırılıb, döşəməsi isə çöküb. Divarlar çatlayıb, hətta bünövrə daşları belə zədələnib.
Xezerxeber.az məlumat verir ki, söhbət Lənkəran rayonun Mamusta kəndində 1986-cı ildə tikilib istifadəyə verilən 600 şagirdlik məktəbdən gedir. Hazırda məktəbdə 633 şagird təhsil alır. Təhsil ocağında istilik sistemi olmadığından odun sobalarından istifadə olunur.
Bəzi valideynlər isə iddia edir ki, divarın içindən qurbağa, tısbağa çıxır. Məktəbin bu vəziyyətdə olması dərsin keyfiyyətinə də təsir edir.
Həm şagirdlər, həm valideynlər, həm də məktəbin pedoqoji kollektivi əsaslı təmir işlərinə qısa vaxt ərzində başlanılacağına ümid edir.
Xezerxeber.az "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: