Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 100-cü günüdür.
Xezerxeber.az-ın məlumatına görə, ötən ilin dekabrın 12-də başlayan aksiya fasiləsiz olaraq davam edir.
Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.
Sivil aksiya artıq öz ilkin nəticələrini verib. Özünü qondarma qurumun "dövlət naziri" elan edən erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan aksiyaların davam etdiyi bir vaxtda istefa verdi. Aydın gündəliklə Xankəndiyə göndərilən Vardanyan verdiyi vədləri yerinə yetirə bilməyəcəyini anlayıb geri çəkildi...
Xankəndi-Laçın humantiar məqsədlər üçün açıqdır. Dekabrın 12-dən ölkəmizin bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək təxminən 3500 nəqliyyat vasitəsi keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ermənistana aparılıb.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc aksiyaya başlayıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: