Xəzər Xəbər

Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? VİDEO

Sürücü yol polisinin qərarı ilə razılaşmır
Veb TV | 19:58 • 21 Mart 2023
Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır?

Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi cərimə yazıb. Səbəb göstərib ki, daşıdığı yükün adı avtomobilin texniki pasportunda yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Taleh Rüstəmovun başına gəlib.

Sürücü deyir ki, çörək sexlərindən birində müqavilə əsasında işləyir və öz kiçik tutumlu yük avtomobili ilə mağazalara çörək daşıyır. Sürücü iddia edir ki, səhər saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona heç bir qayda pozmadığı halda ''saxla'' işarəsi verib.

Sürücü iddia edir ki, yol polisi onu əsassız yerə saxlayıb vaxtını almaqla yanaşı, ona cərimə də ödətdirib. O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyir.

Yol hərəkəti qaydaları üzrə ekspertlər bildirirlər ki, qanunvericiliyə görə, avtomobilin tipi, rəngi və mühərriki dəyişdirilərkən təkrar qeyiyyatı olmalıdır. Əgər bunlar olmasa da yol polisi avtomobilin texniki-pasportunda daşıdığı yükün adının olmamasına görə ona cərimə yazmaq kimi bir səlahiyyəti yoxdur.

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, bu məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə ilə bağlı sürücüyə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024