Novruz bayramı ilə əlaqədar olaraq bazarlarda canlanma müşahidə edilir.
Xezerxeber.az məlumat verir ki, məhsulların qiymətində həm artım, həm də azalma var.
Satıcılar bildirir ki, bir neçə gündən əvvəl pomidor bazarda 6 manatdan aşağı satılmırdısa, indi 4 manatdır. Meyvələrin qiymətində isə son günlər ciddi dəyişiklik müşahidə edilmir.
Ağartı məhsullarının qiymətində də ciddi dəyişiklik yoxdur. Qatıq 3.50 ,pendir 5-6 manat, yumurta isə 30 qəpiyə təklif edilir. Satıcıların sözlərinə görə bəzi yerli məhsullar xaricdən gətirilən məhsullardan təxminən 2 dəfə ucuzdur...
Qiymətlərdən razı olan da var, narazı olanda.
Xezerxeber.az "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: