Bayramın ilk günlərində üç müxtəlif rayondan qəza xəbəri gəlib.
Xezerxeber.az məlumat verir ki, ümumilkdə yol qəzalarında 3 nəfər ölüb, 2-si də yaralanıb.
33 yaşlı sürücünün dünyasını dəyişdiyi ilk hadisə Naftalan şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində baş verib. Sürücü Cavid Quliyev sükana hakimiyyəti itirərək əvvəlcə qaz borusuna, ardından isə mal-qaranın saxlandığı tikiliyə çırpılıb. Zərbənin gücündən avtomobil yararsız hala düşüb. Qəza zamanı sürücü dünyasını dəyişib.
Zərdab rayonunda isə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.Belə ki, Ağdam rayon sakini idarə etdiyi avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər 2 sərnişi xəstəxanaya yerləşdirilib.
Göyçayda avtomobilin vurduğu piyada isə Bakıda xəstəxanada ölüb.
Hər üç faktla bağlı bağlı araşdırma aparılır.