Xəzər Xəbər

Astarada evə basqın oldu, ev sahibi bıçaqlandı VİDEO

Veb TV | 20:23 • 20 Mart 2023
Astarada evə basqın oldu, ev sahibi bıçaqlandı

Astarada evə basqın olub. 

Xezerxeber.az məlumat verir ki, hadisə gecə saatlarında rayonun Artuba kəndində baş verib. Belə ki, kənd sakin 30 yaşlı Alqış Qulyevə məxsus yaşayış evinə  pəncərədən naməlum şəxs  bıçaqla  daxil olub. Evə girən şəxs ev sahibinə çox saylı bıçaq xəsarətləri yetirib, evin xanımının isə qızıllarını alaraq hadisə yerindən qaçıb.

O, evdən çıxarkən evin ikinci mərtəbəsindən iri gül dibçəyini ev sahibinə məxsus olan avtomobilin üzərinə ataraq  maşının ön  şüşəsinə ziyan vurub.

Bıçaq xəsarətləri alan Alqış Quliyev  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakta görə Astara Rayon Prokurorluğunda cinayət  işi başlanıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti