On bir ayın sultanı Ramazana sayılı günlər qalıb. Ölkəmizdə də bir çoxları bu müqəddəs ayda oruc tutur, dualar edir.
Xezerxeber.az xəbər verir ki, mütəxəssislər oruc tutmağı sağlam şəxslər üçün faydalı hesab edir. Çünki oruc insan orqanizminin yenilənməsində böyük rol oynayır. Bəzi insanların oruc tutmasını isə tövsiyə etmir. Xüsusilə də, səhhətində ciddi problem yaşayanlar bu məsələdə diqqətli olmalıdır.
Həkim mütəxəssis Emin Məmmədov "Xəbər Ertəsi"nə bidlirir ki, onkoloji xəstələr, mədə və bağırsaq xorası olanlar, eləcə də qaraciyər və ödündə problem olan şəxslərə oruc tutmaq təhlükəlidir.
İlahiyyatçı Ağa Hacıbəyli də deyir ki, müəyyən qrup insanın oruc tutması Quranda məqbul hesab edilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: