Azərbaycana gətirilən elektomobillərin sayı kəskin artmaqdadır.
Xezerxeber.az məlumat verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Belə ki, bu ilin yanvar-fevral aylarında elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı 3,9 dəfə çoxalıb.
Ancaq elektromobillərin sayı sürətlə artsa da, elektrik yükləmə məntəqləri hələ də azlıq təşkil edir. Nəzərə alsaq ki, bu nəqliyyat vasitələrini elektriklə yükləmək uzun vaxt aparır və problemin nə qədər ciddi olduğunu təsəvvür edə bilərik.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Xəbər Ertəsinə" deyir ki, hazırda ölkə ərazisində ümimilikdə 40 məntəqədə elektrik yükləmə cihazları quraşdırılıb. Bunun da əksəriyyəti paytaxt ərazisinə düşür.
Ekspertin fikrincə, elektomobillərlə yanaşı elektrik yükləmə cihazlarının da gömrük rüsumundan tam azad edilməsi problemin həllinə kömək edər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: