Novruz bayramında bölgələrə turist axını müşahidə edilir. Hotellərdə yerlərin təxminən 80-90 faizi satılıb. Turistlər hotellərlə yanaşı fərdi evlərdə qalmağı da seçirlər. Bəs qiymətlər necədir?
Xezerxeber.az-ın məlumatına görə, 9 günlük istirahəti fürsət bilənlər rayonlara üz tutublar.
Novruz bayramını Lənkəranda qeyd etmək üçün gələn turistlər otellərdəki yerləri 10 gün əvvəl tutublar.
Bayram ərəfəsində Lənkəranda fəaliyyət göstərən istirahət mərkəzlərində bir nəfər üçün gündəlik qiymət 70 manatdan 100 manata qədər dəyişir.
Bayramda Lənkərana gələn turistlərin müəyyən bir qismi fərdi evlərdə də qalmağa üstünlük verdiyindən, bu evlərinin qiymətlərində bahalaşma müşahidə edilir. Fərdi evlərin gündəlik kirayə qiyməti 25-30 manatdan başlayır.
Qəbələ və Şəki rayonlarına da turist axını olub. Burada isttirahət mərkəzlərində günlük qiymətlər 90-160 manat arasında dəyişir.
Bayramı ayrıca sakit məkanda keçirmək istəyənlər isə fərdi evlərdə qalmağa üstünlük veriblər. Şəkidə fərdi evlərdə isə gündəlik 10 manata qalmaq olar.
Ekspertlər hesab edirlər ki, bayramın sonrakı günlərində qiymətlərdə enmə müşahidə ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: