Son vaxtlar sosial şəbəkələrdə kiberdələduzluq halları çoxalıb.
Xezerxeber.az-ın məlumatına görə, informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirib ki, fırıldaqçılar daha rahat üsullara əl atırlar.
Onlar sosial şəbəkə istifadəçiləri və tanınmış şirkətlərin adlarından vətəndaşlara aldadıcı mesajlar göndərirlər.
Rəşad Əliyev vətəndaşlara aldanmamaq üçün bir sıra tövsiyələr verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə vətəndaşları diqqətli olmağa çağırıb. Bildirib ki, bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlar internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmalı, işbazların şirnikləndirici təkliflərinə inanmamalıdırlar.
Vətəndaşlar bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: